Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLARbackend

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Əsir düşən günü anamı və bir neçə həmvətənlərimizi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər – quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar».

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Anası Roza Bayramqızı ilə birlikdə əsir düşür. «Əsir düşən günü anamı və bir neçə həmvətənlərimizi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər – quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar. Sonra məni 2 erməni zabiti və bir əsgəri ilə Laçın dəhlizində dəyişdilər».

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Təkcə xatirələri deyil, Leylaya ömürlük «hədiyyə» də möhürlənib həmin günlərdən: «Avtomatın qundağı ilə başımın sağ tərəfindən vurdular. Üzümün və başımın sağ tərəfi plastmasdandır, sağ gözüm tamamilə görmür. Sol gözümün görmə qabiliyyəti 40 faiz qalıb. Başımdakı plastmas 10 ildən bir dəyişilməlidir. Həkim müayinəsinə getmişdim. Vaxtı çoxdan keçib deyə, artıq çirk yığılır. Dəyişmək üçün 17 min pul istəyirlər».

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

İndi yeganə sevinci ailəsidir – 3 övladı və hər cür əziyyətə qatlaşan həyat yoldaşı Tanrıverdi Səyyadov. Bu iki nəfəri birləşdirən təkcə çətin həyat olmayıb, həm də tale. Tanrıverdi Səyyadov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Bu ailəni çox yerdə görənlər olub. Kirayə haqqını verə bilmədiklərindən aylarla parklarda, küçələrdə yaşayıblar.

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

«10 ilə yaxındır yoldaşımla kirayələrdə qalırdıq. Yoldaşım fəhləlik edir, kirayənin pulunu ödəyirdik. 2 il bundan qabaq yoldaşım böyrəklərindən müalicə almalı oldu, bir aydan artıq xəstəxanada qaldı. Bütün pullarımız dava-dərmana getdiyi üçün kirayə pulunu ödəyə bilmədik. Aptekə 400 manat borcumuz var…».

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Azı 4 ay parklarda yaşayandan sonra onlara ürəyi yanan bir nəfər məcburi köçkünlərin məskunlaşdığı bu binanı nişan verir.

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Elə binanın özünə də «Xocalı köçkünlərinin məskunlaşdığı bina» deyirlər.

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

Səyyadovlar uçuq-sökük binaya pənah gətirib burada yerləşiblər.

Xocalı faciəsinin və Azərbaycandakı özbaşınalığın qurbanı-FOTOLAR

İnterpress.az