Dilçilik İnstitutunun şöbə müdirindən ŞOK AÇIQLAMAbackend

Dilçilik İnstitutunun şöbə müdirindən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutun işini ləngidən həmin səbəbləri şöbə müdiri belə izah edir:
“Bir müddət əvvəl Feysbukda” “Dilçilik İnstitutu niyə düzəlmir?” başlıqlı kiçik bir status yazmışdım. Təbii ki, buna təkan verən səbəb institutda uzun illər kök salmış bəzi “işbaz”ların suyu bulandırması və yeni institut rəhbərinin humanizmindən öz bədxah niyyətləri üçün sui-istifadə etməyə köklənməyi oldu. Qeyd edim ki, uzun müddət institutda özbaşınalığı həyat tərzinə çevirmiş 2-3 “hiperaktiv”, neçə-neçə direktorlar yola salan və yeni “qiymətli miniatürlər” yaradan şöbə müdirləri və onların bir neçə züy tutanlarının dədə-baba vərdişinə çevirdikləri çirkin əməllərindən və şəxsi ambisiyalarından əl çəkməmələri, yeni direktora saxta sədaqət nümayiş etdirərək öz amplualarında qalmağa çalışmaları, əlbəttə, ən təcrübəli rəhbərin işini belə çətinə sala bilər.

Dilçilik İnstitutunun şöbə müdirindən ŞOK AÇIQLAMA

Təəssüf ki, həmin “xəlvət dərə aşiqləri”nin də məsuliyyətini bir növ direktor daşımalı olur və qınaq obyektinə çevrilən də o olur. Halbuki diqqətlə təhlil etdikdə aydın olur ki, institutda 10 illərlə özünə kök salmış köklü problemləri və onların titullanmış üzdəniraq daşıyıcılarını zərərsizləşdirmək qısa müddətdə heç də asan iş deyil. Dilçilik institutunda çalışdıqları halda nəinki rus dilindən, hətta norma kimi qəbul edilmiş ingilis dilindən belə xəbəri olmayan bu qaragüruhçular heç bir elmi mahiyyəti olmayan \”şedevr\”lərini kiminsə gözünə soxmağa, kimisə aldatmağa çalışırlar. Halbuki orta məktəbin IX sinif şagirdi səviyyəsində belə savadları olmayan həmin \”professorlar\” bilmədikləri xarici dili öyrənmək, biliklərini artırmaq əvəzinə yeni gələn rəhbərə ənənəvi qaydada kələk gəlmək üçün hər cildə girir, şəkildən şəklə düşür, gah yalmanır, yaltaqlanır, gah qılığa girir, gah “kitab” adlandırdıqları, elmi məziyyətdən uzaq kitababənzər kağız topaları toparlayıb özünü \”alimi-kəbir\” kimi təqdim etməyə çalışır, ləyaqətli həmkarlarına qara yaxır, vəzifə kürsüsü, şəxsi maraq naminə vurnuxurlar. Bir hiylələri həyata keçməyəndə növbənöv hiylələr haqqında düşünür, elmi mühitə ölümcül zərbə vururlar. Bir soruşan yoxdur, ay hiyləgər, tutalım dilçi-professor, filoloq və s. diplom və attestatlarını almısan. Konkret faydan nə olub?

DƏHŞƏT!!!-Bu işbazlar öz məqalələrinə rus və ingilis dillərində 2-3 cümləlik annotasiya belə yaza bilmirlər!!! Bəli, bunlar Nəsimi adına Dilçilik İnstitutunda \”işləyirlər\”. Di gəl ki, iddiaları … söz tapmaq mümkün deyil!

Bu problemlərin həlli müəyyən vaxt, təmkin, prinsipiallıq, qətiyyət, vicdan və düzgün taktikanın seçilməsini tələb edir. Təbii ki, elmin sinəsində \”xərçəng azarı\”na çevrilən həmin ünsürləri təmizləmək işində vicdan, elmi təəssübkeşlik və qanunun aliliyi ən ümdə məsələlərdəndir. Şükürlər olsun ki, M.Nağısoyluda bu əzm və iradə, eyni zamanda vicdan, ədalət, səmimiyyət duyğusu var və hər şey müsbətə doğru dəyişməkdədir.

AMEA-nın müxbir üzvü prof. Möhsün Nağısoylu təqribən 2 ay yarımdır ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edir. Etiraf etmək lazımdır ki, illər ərzində qalaqlanmış problemlərin 2 aya həll edilməsi qeyri-mümkündür. Bununla belə, M.Nağısoylunun ilk gündən işə böyük həvəslə girişməsi qısa müddətdə elmi abi-havanı müsbətə doğru xeyli dəyişib. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq işindəki əsas prinsip qanunun aliliyinə riayət etmək, humanizm, ədalət və şəffaflıqdır. Möhsün məllimin fikrincə, millətin qaymaqları sayılan alimlər və ziyalılara rəhbərlik edən şəxs bir an da olsun sadəlikdən, ziyalılıqdan, humanizmdən və qayğıkeşlikdən ayrılmamalıdır.

Bu gün yeni institut rəhbərinin gündən-günə genişlənən fəaliyyəti institutun digər əməkdaşları kimi məndə də böyük ümidlər doğurur. Bir şərtlə ki, hamımız insanpərvər rəhbərin səsinə səs verməli, faktiki olaraq, şəxsi ambisiyalardan, qovğalardan “”saxta sədaqət nümayişi”ndən və həyanı istismar etməkdən çəkinməli, həqiqi (məhz həqiqi) elmlə məşğul olmalıyıq.

Nə qədər tənqidi tərifdən üstün tutan birisi olsam da, etiraf edək ki, Tofiq Hacıyevdən sonra Dilçilik İnstitutuna yeganə rəhbərlik edə biləcək şəxs varsa, o da elm təəssübkeşi Möhsün Nağısoyludur”. (moderator.az)

İnterpress.az