“Vasim Məmmədəliyev, deyirsən ki, insanlar cinlərlə evlənir – ayıb deyil?!”backend

“Vasim Məmmədəliyev, deyirsən ki, insanlar cinlərlə evlənir – ayıb deyil?!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar tez-tez fərqli dini fikirlər səsləndirdiyi üçün dindarların tənqidinə tuş gələn ADP sədri Sərdar Cəlaloğlu yenidən dini mövzuda geniş müsahibə verib. Son müsahibəsində o, dinlə bağlı fikirləri ilə yanaşı şərqşünas-alim, akademik Vasim Məmmədəliyevi də sərt tənqid edib. Partiya sədrini özündən çıxaran akademikin insanın yaradılışı ilə bağlı “insanlar cinlərlə evlənib, beləcə bəşəriyyət çoxalıb” kimi fikirləri olub.

Maraqlıdır, niyə siyasi partiya sədri son vaxtlar daha çox siyasi deyil, dini mövzularda çıxışlar etməyə üstünlük verir? Sərdar Cəlaloğlunu dini sahəyə cəlb edən nədir?

“Yeni Müsavat”a danışan Sərdar Cəlaloğlu dinə yaxınlığını bu cür izah edib:

“1990-cı ildə sovet hökuməti parçalandıqdan, süqut etdikdən sonra dünyada kapitalist-sosialist qarşıdurması mədəniyyətlərarası qarşıdurma müstəvisinə keçdi. Mədəniyyət deyiləndə burda dini nəzərdə tuturam. Bu gün dünyada ”supergüclər\” dini müstəvidə öz rəqabətlərini aparırlar. Təriqətlərdən, xristian-müsəlman, yəhudi-müsəlman və yaxud buddist-müsəlman rəqabətindən öz siyasətlərini həyata keçirirlər. Biz bunu həm Tailandda, orda müsəlmanların kütləvi şəkildə qırılmasını, həm Kəşmir məsələsində, Hindistan və Pakistan arasındakı uzun illik münaqişədən görürük və sairə. Bunların hamısı müasir dövrdə siyasətin dini müstəvidə aparıldığını və supergüclərin öz maraqlarını məhz dini inanclar üzərində qurduğunu göstərir. Dünyanın ümumi nizamı dəyişdiyinə görə, hər bir siyasətçi, o nizama uyğun da öz siyasətini qurmalıdır\”.

“Əksinə, mən düzgün siyasət aparmaq üçün, dünyanın nəbzini tutduğuma görə dinlə ciddi şəkildə məşğul olmağa başlamışam” deyən S.Cəlaloğlu bildirib ki, o, seyid ailəsində anadan olub: “Anam seyid olub. Atam özü də müəllim olmasına baxmayaraq, həddindən artıq inanclı adam olub. Nəslimiz repressiyaya məruz qalıb. Ona görə yox ki, nəslimiz varlı olub, buna səbəb ana tərəfimin qohumlarının din xadimi olmaqlarıdır. Məhz buna görə sovet hökuməti 1937-ci illərdə, hətta 20-ci illərdən başlayaraq qohumlarımızın bir çoxunu məhv edib, bəzilərini Qazaxıstana sürgün edib, digərlərinə isə ümumiyyətlə dinlə məşğul olmağı qadağan edib”.

S.Cəlaloğlu bildirib ki, hər bir insan mənsub olduğu mədəniyyətin, dinin və siyasi ideologiyanın daşıyıcısıdır: “Cəmaləddin Əfqaninin bir məşhur sözü var, ”Biz əgər bütün məscidləri söksək, minarələrdə azanları qadağan etsək, bütün Quran kitablarını bir yerə yığıb yandırsaq belə, dünya bizi müsəlman kimi tanıyacaq\”. Müsəlman kimi tanınmamaq üçün gərək xristian olasan. İslam dinini bütün dinlərdən yüksəkdə gördüyüm üçün dinimi dəyişmək fikrim yoxdur. Deməli, dinimi dəyişməkdənsə dinimi təmsil etməliyəm. Bunun üçün də gərək İslam dininin problemlərinin kökünü biləm. O baxımdan Qurani-Kərimə diqqətlə baxıb, onun tərcüməsində hansı qüsurlara yol verildiyini bilməlisən. Mənim əsas Qurani-Kərimlə bağlı məqsədim budur. Siyasətə gəlməmişdən əvvəl və siyasətə gələn ilk gündən də heç vaxt elmi yaradıcılığı əldən buraxmamışam. Ən böyük mütləq elm Qurani-Kərimdir. Bütün elmləri eyni vaxtda öyrənmək üçün Quranı öyrənmək lazımdır\”.

ADP sədri deyib ki, bu gün İslam dünyasının geridə qalmasının səbəbini öyrənmək, müsəlman aləminin dünyada gedən inkişafla ayaqlaşa bilməməsinin dinlə nə qədər bağlı olmasını dəqiqləşdirmək üçün yenidən Qurani-Kərimi mütaliə edir: “Təbii ki, gündəlik ibadətlərimi edir, namaz qılır, oruclarımı tuturam, iki ildir ki, hər gün 8-9 saat Quran üzərində işləyirəm. Təxminən 10 min səhifəyə yaxın Quranın şərhini yazmışam”.

Sərdar Cəlaloğlu onu ateist adlandıranlara da cavab verib:

“Vasim Məmmədəliyev, deyirsən ki, insanlar cinlərlə evlənir - ayıb deyil?!”

“Mənim ateist olmağımla bağlı hər hansı bir fakt, bir cümlə göstərə bilərlərmi ki, mən hardasa ateistlik bir fikir demişəm?! Dünyada ilk dəfə ruhun tərbiyəsi ilə bağlı fundamental şəkildə kitabı mən yazmışam. Kitabda bu günə qədər ruh haqqında olan fikirlərdən fərqli şərhlər var.

İnsan universal olmalıdır. Cəmiyyətin qarşısına çıxan bir lider həm elmdə, həm siyasətdə, ictimai-siyasi həyatda nümunə olmalıdır ki, ona lider deyilsin\”.

S.Cəlaloğlu akademik Vasim Məmmədəliyevin Quranla bağlı şərhlərini tənqid edib:
“Ayıb deyil, deyirsən ki, insanlar cinlərlə evlənir?! İnsan özü maddi varlıqdır. Qurandan da aydın olur ki, cin qeyri-maddi varlıqdır. Eyni növdən olan heyvanlar başqa cinslərlə cütləşəndə nəsil vermir. Məsələn, qatır eşşəklə atın cütləşməsindən doğulur. Lakin o, nəsil vermir. Yerdə qalan digər heyvanlar bu cür nə cütləşir, nə də nəsil vermir. Eynicinsli heyvanlar belə cütləşmir. Cin kimi qeyri-maddi varlıq necə maddi varlıqla cütləşə bilər?!
Mən çox vaxt cümə günləri onun çıxışlarına qulaq asıram. Sifətindən də məlum olur ki, bu adam Quran barəsində danışanda əzab çəkir. Çünki Quranın hikməti ilə bağlı bu adamın dərin məlumatı yoxdur. Doğrudur, çoxlu kitab oxuyub, bizdən fərqli olaraq orta əsr ərəb alimlərinin əsərləri ilə tanışdır. Lakin bu alimlərin əsərləri ilə Quranı şərh etmək mümkün deyil axı. Quranı tərcümə edən, Quran alimi demək deyil\”.

İnterpress.az