Aqşin Yenisey bildirib ki, ana dili Əfülfəs Qarayevdən öz qisasını bu cür aldı.
Ümumiyyətlə bir çoxları bu qənaətdədir ki, Əbülfəs Qarayev ana dilini yaxşı bilməməsi səbəbindən bu cür səhvə yol verib.
Moderator.az-a məhz bu məqamla bağlı maraqlı məlumatlar əldə edib.
Məlumata görə, əvvəllər Əblüfəs Qarayevin rəsmi tədbirlər üçün çıxışlarını Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli yazırmış. Buna görə də ana dilini çox pis bilən mədəniyyət və turizm naziri hər hansı problemlə üzləşmirmiş. Vaqif Bəhmənlinin işdən çıxarılmasından sonra isə çıxış yazılması məsələsinə əvvəlki kimi ciddi önəm verilməyib və nəticədə bu cür böyük qalmaqala səbəb olan açıqlama meydana çıxıb.
Xatırladaq ki, Vaqif Bəhmənlinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr etdiyi \”Hamiya yaxşılıq\” adlı şeir böyük müzakirəyə səbəb olmuş, ciddi narazılıq doğurmuşdu. Bundan sonra Vaqif Bəhmənliyə töhmət verilmiş, bir müddət sonra isə işdən çıxarılmışdı. Vaqif Bəhmənlinin yerinə hələlik təyinat olmayıb. (moderator.az)
İnterpress.azhttps://youtube.com/watch?v=SvtNtSHoZRc