Monte Melkonyan qəhrəman deyilbackend

Monte Melkonyan qəhrəman deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçu deyəndə kimlər nəzərdə tutulur? İndi dünyada “müsəlman terrorçular”ın dəbdə olduğu bir vaxtda başqa dinlərin mənsublarının terror əməlləri haqda niyə yada düşmür?

ABŞ-ın Ohayo Universitetinin istefada olan professoru Bob Darbi “Stillwater Daily News” nəşrində dərc edilmiş məqaləsində bu suallara cavab axtarmağa çalışıb.

“Mahiyyətcə güc strukturlarının əsgərlərinə və polislərə qarşı əlində silah döyüşənlər terrorçu sayılır. Terrorçuların bir sıra uzunmüddətli hədəfləri olur, hesab edirlər ki, bu hədəflərə hərbi gücün və ya siyasi prosesin köməyi ilə nail ola bilərlər. Onların “asan” hədəfləri mülki şəxslər, elektrik stansiyaları, mülki təyyarələr, müəllimlər, dini ibadət yerləridir. Onlar əldəqayırma bombalardan, qətllərdən, kütləvi güllələmələrdən istifadə edirlər”-Bob Darbi yazır.

Müəllif ötən əsrin ortalarında Yerusəlimdə ərəblərə qarşı terror aktları törədən yəhudilərdən misallar gətirir.Məsələn, 1948-ci ildə sionist qruplar Fələstinin Şeyx Munis kəndini xaraba qoyublar, sakinlərin əksəriyyətini öldürüblər. İndi həmin kəndin yerində Təl-Əviv Universiteti yerləşir. Bu qırğınları törədənlər isə qəhrəman kimi yad edilir. Professor “müsəlman olmayan” başqa terrorçulardan da bəhs edir, bu zaman erməni terror təşkilatı ASALA-nı da yada salır. Bildirir ki, bu terror təşkilatı 1975-1987-ci illər ərzində çoxsaylı terror aktları törədib, türk diplomatlarını öldürüb, aeroportlara, aviaşirkətlərin ofislərinə bomba qoyub. O cümlədən Birləşmiş Ştatlarda terror aktları törədib.

Bob Darbi

“ASALA liderlərindən biri Monte Melkonyan Kaliforniyada anadan olub, Berkli universitetini bitirib, daha sonra Avropada türk diplomatlarının qətlində iştirak edib. Sonradan o özü ilə 4 minə yaxın ASALA döyüşçüsü gətirərək Dağlıq Qarabağdakı müharibədə iştirak etdi, etnik təmizləmələr həyata keçirdi və orada öldürüldü. Ötən il mən Ermənistana səfər edəndə öyrəndim ki, Melkonyan Ermənistanın Milli Qəhrəmanıdır. Onun dəfnində 50 mindən 250 minə qədər adam iştirak edib. Hansı ki, Ermənistan xristian ölkəsidir, əhalisinin 95 faizi xristianlardır”-amerikalı professor yazır.

Bob Darbi belə qənaətə gəlir ki, terrorçunun dini və milliyəti olmur. Terrorçuluq təkcə müsəlmanlara xas olan əməl deyil. Onun fikrincə, dünyada terrorçuluğa son qoymaq üçün beynəlxalq konsensus lazımdır. ABŞ təkbaşına terrorçuluğa son qoya bilməz. O cümlədən terrorçu qrupların rəsmən bu adla tanınması mexanizmləri təkmilləşdirməli, bu bəlanın qarşısını almaq üçün sanksiyalarla hərbi yanaşmalar uzlaşdırılmış şəkildə istifadə edilməlidir. Saxlanılan terrorçulara isə heç bir güzəşt olmamalıdır. (virtualaz.org)

İnterpress.az