Azərbaycanın tanınmış yazıçısı və sabiq deputatı vəfat etdibackend

Azərbaycanın tanınmış yazıçısı və sabiq deputatı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan Yaçıçılar Birliyindən məlumat verilib.

Maqsud İbrahimbəyov Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakultəsini (1955-1960), Moskvada Ali ssenari kurslarını (1962-1964) və Ali rejissor kurslarını (1971-1973) bitirib.

O, bir müddət mühəndis, daha sonra jurnalistikada müxbir işləyib.

1985-2010-cu illərdə Azərbaycan Respublikası parlamentinin deputatı olub.

Bədii yaradıcılığa 1960-cı illərdən başlayan nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri, hekayələri dərc olunub. Bu əsərlərə missal olaraq «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Kərgədan buynuzu», «Axırı yaxşı qurtaran əhvalat» və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.

Müxtəlif mükafatlarla təltif edilmiş M.İbrahimbəyov Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə də sahibdir.
Onun pyesləri müxtəlif illərdə tanınmış səhnə xadimlərinin quruluşunda və ifasında oynanılıb.
M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7sənədli film çəkilib. Onlardan «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi», «Yarımçıq qalmış serenada», «Truskavetsə kim gedəcək?», «Gözəl bir gündə», «Sonunucu intervü», «Bayquş gəldi», «Qızıl reys», «Axırı yaxşı qurtaran əhvalat», «Bakı müharibə illərində» filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

Ölümünədək Azərbaycan “Əsilzadələr Məclisi”nin adlı ictimai təşkilata sadrlik edən M.İbrahimbəyov iki dəfə ailə həyatı qurub.
Birinci evlilikdən onun bir oğlu dünyaya gəlib. Maqsud İbrahimbəyov ikinci dəfə Pribaltikdan olan model Anna Yuryevna ilə ailə həyatı qurub və vəfatınadək onunla birlikdə yaşayırdı.

Maqsud İbrahimbəyov tanınmış kinosenarist, rejissor Rüstəm İbrahimbəyovun ögey qardaşıdır.(modern)

Allah rəhmət eləsin…

İnterpress.az