Bakıda ağır qəza: Sürücü yanaraq öldübackend

Bakıda ağır qəza: Sürücü yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda \”Chevrolet” markalı minik avtomobilin yol kənarındakı divara çırpılması nəticəsində yanğın hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürüb. Deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:39-da başa çatıb.

İnterpress.az