Yaşayış binasında YANĞIN – Sakinlər təxliyə olunubbackend

Yaşayış binasında YANĞIN – Sakinlər təxliyə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.