Bayram günlərində baş verən yol qəzalarında ölənlərin sayı açıqlandıbackend

Bayram günlərində baş verən yol qəzalarında ölənlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, bu müddət ərzində ümumilikdə, 26 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 ölüm faktı qeydə alınıb.

Onun sözlərinə görə, son üç gün ərzində baş vermiş qəzalarda 45 yaralı olub.

Şöbə rəisi qeyd edib ki, martın 20-də 10 hadisə olub: \”Qəza zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Martın 21-də 8 hadisə nəticəsində ölən olmasa da, 15 nəfər yaralanıb. Martın 22-də isə 8 hadisə zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb\”. (report.az)

İnterpress.az