Sankt-Peterburqda 34 yaşlı bodibilder dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Sankt-Peterburqda bodibilder Nikita Tkaçuk dünyasını dəyişib. 34 yaşlı idmançının ürəyi steroid səbəbiylə sıradan çıxıb.
Həyat yoldaşının dediyinə görə, Nikita böyrək çatışmazlığından əziyyət çəkirdi, ağciyər ödemi var idi və ürəyi bu gərginliyə tab gətirə bilmirdi. O, son bir ildə səhhətində bir çox problemlər yaşayıb.
Tkaçuk gənc yaşlarından idmanla məşğul olub və 2011-ci ildə İdman Ustası adını alıb.
Onun rekordları: birdən qaldırma – 350 kq, çömbəlmə – 360 kq, bench press – 210 kq. O, pauerliftinq üzrə də yarışıb.
2015-ci ildə Nikita bir əczaçılıq şirkəti ilə müqavilə bağlayıb və müntəzəm olaraq sintolu enjekte etməyə başlayıb.
Əzələlər sıçrayışla böyüyub, lakin sonradan bu, ciddi fəsadlara səbəb olub: anemiya, qan laxtalanması və nəticədə ürəyin dayanması.
Xuraman Etibarlı
İnterpress.az