Dağlıq Qarabağdakı vəziyyət ATƏT-in Daimi Şurasında müzakirə olunacaqbackend

Dağlıq Qarabağdakı vəziyyət ATƏT-in Daimi Şurasında müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in mətbuat xidmətindən \”Report\”a verilən məlumata görə, iclas aprelin 5-də Vyana vaxtı ilə saat 16:00-da keçiriləcək.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya gedəcəklər. Sabah isə vasitəçilər Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər.

Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə, adətən, cümə axşamları Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.

İnterpress.az