ATƏT Daimi Şurası Qarabağı müzakirə etdilərbackend

ATƏT Daimi Şurası Qarabağı müzakirə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

C. Uorlik və A. Kaspşik hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, tərəfləri atəşəkəsə hörmətlə yanaşmağa çağırıb.

Onlar vurğulayıblar ki, davamlı atəşkəs əsasında siyasi proesə qayıtmaq çox vacibdir.

ATƏT-ə üzv olan dövlətlər razılığa gəliblər ki, son eskalasiya çox narahatlıq doğurur və ATƏT-in münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün mərkəzi rol oynamağa davam etməsi vacibdir: “ATƏT-ə üzv olan bütün dövlətlər Minsk qrupunu və həmsədrlərin fəaliyyətini dəstəkləməlidir”.

Qeyd olunub ki, həmsədrlər tezliklə A. Kaspişklə birlikdə regiona səfər edəcəklər.

Bununla yanaşı, A. Kaspşikin vəziyyət imkan verən kimi hərbi eskalasiya baş vermiş bölgələrə baş çəkəcəyi bildirilib.

İnterpress.az