İlham Əliyev iki həmkarını təbrik etdibackend

İlham Əliyev iki həmkarını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbrikdə deyilir:

“Myanma İttifaqı Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Myanma xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Eyni zamanda, dövlət başçısı Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqanı da təbrik edib:

Təbrikdə deyilir:

“Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla Vyetnam Sosialist Respublikası arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

İnterpress.az