Rəsul Quliyev qondarma DQR-nı tanıyır-FOTOFAKTbackend

Rəsul Quliyev qondarma DQR-nı tanıyır-FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çörəyini yeyib sərvətini talan etdiyi xalqa qənim kəsilən Rəsul Quliyevin sonuncu statusunu olduğu kimi təqdim edir: “Ən son məlumata görə bu müharibədə Azərbaycan (MN-liyinin informasiyasına əsasən) 31,DQ isə 29 insan itirib (DQ hərbiçilərinin informasiyasına görə) DQ Azərbaycanın onların 14 və DQ-ın Azərbaycanın 24 tankını vurduğunu elan edir, ancaq Azərbaycan bunu yalan informasiya sayır və tank yox 2 vertalyot yox bir vertalyotunun vurulduğunu elan edir. Bu informasiyalar Rusların son informasiyalarıdır”.

Statusun altındakı şərhlərdə “DQ deyərkən nəyi nəzərdə tutursunuz” sualına Rəsul Quliyev belə cavab verib: “DQ Dağlıq Qarabağ deməkdir, Azərbaycanın atəşkəsi razılaşdırdığı qurum, bəlkə o torpaqların adı DQ deyildir, dəyişilib mən bilmirəm”.

Qeyd edək ki, atəşkəs Ermənistan tərəfindən pozulsa da Azərbaycan ordusunun sərrast cavab zərbələri ilə separatçı və terrorçu dəstələr geri oturdulub, düşmən yüzlərlə itki verərək geri çəkilib. Amma görünür keçmiş spiker ermənilərin xoşuna gəlmək üçün onların çaldığı havaya oynamağa çalışır.

Rəsul Quliyev qondarma DQR-nı tanıyır-FOTOFAKT

Rəsul Quliyev qondarma DQR-nı tanıyır-FOTOFAKT

İntterpress.az