Bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
XİN rəhbəri bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: \”İran tərəfi hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır\”.
Ermənistanın xarici işlər naziri ilə telefonla danışdığını bildirən Zərif vurğulayıb ki, atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.(Milli)
İnterpress.az