35 idmançımızın Paralimpiya Oyunlarındakı yarış CƏDVƏLİbackend

35 idmançımızın Paralimpiya Oyunlarındakı yarış CƏDVƏLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Tokio Yay Paralimpiya Oyunlarının rəsmi açılışı olacaq. Sentyabrın 5-dək davam edəcək bu yarışda Azərbaycan Paralimpiadanın proqramında yer alan 22 idman növündən 6-da (atletika, cüdo, taekvondo, üzgüçülük, pauerliftinq, güllə atıcılığı) təmsil olunacaq.

Ölkəmiz ilk dəfə Paralimpiya Oyunlarında geniş tərkibdə – 35 idmançı ilə mübarizə aparacaq. Ukrayna əsilli üzgüçümüz Roman Saley dörd növdə, 59 yaşlı ikiqat Paralimpiya mükafatçısı olan güllə atıcımız Yelena Taranova üç növdə yarışacaq.

26 avqust

Pauerliftinq

06:00 Pərvin Məmmədov (-49 kq)

27 avqust

Üzgüçülük (100 metr məsafəyə arxası üstə üzmə)

04:00 Roman Saley (S12)

Cüdo

05:30 Şəhanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq), Vüqar Şirinli (-60 kq), Namiq Abbaslı (-66 kq)

Atletika (nüvə itələmə)

14:00 Oloxan Musayev (F55)

28 avqust

Cüdo

05:30 Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Hüseyn Rəhimli (-81 kq)

Atletika (nizə atma)

14:00 Həmid Heydəri (F57)

29 avqust

Atletika (nüvə itələmə)

04:34 Elvin Astanov (F53)

Üzgüçülük (50 metr məsafəyə sərbəst üsulla üzmə)

05:13 Roman Saley (S13)

Cüdo

05:30 Dürsədəf Kərimova (+70 kq), Kənan Abdullaxanlı (-100 kq), İlham Zəkiyev (+100 kq)

Atletika (100 metr məsafəyə qaçış)

07:25 Elmir Cəbrayılov (T13)

Pauerliftinq

13:30 Nurlan Babacanov (-97 kq)

30 avqust

Atletika (uzunluğa tullanma)

04:30 Səid Nəcəfzadə, Kamil Əliyev (hər ikisi T12 kateqoriyası)

Atletika (disk atma)

04:34 Oloxan Musayev (F55)

Pauerliftinq

06:00 Elşən Hüseynov (-107 kq)

13:30 Şamo Aslanov (+107 kq)

31 avqust

Güllə atıcılığı (10 metr məsafəyə atma)

04:30 Yelena Taranova (P2)

07:00 Kamran Zeynalov (P2)

Üzgüçülük (100 metr məsafəyə sərbəst üsulla üzmə)

04:30 Roman Saley (S12)

Atletika (100 metr məsafəyə qaçış)

05:25 Yelena Çebanu, Yuliya Yanovskaya, Lamiyə Vəliyeva (hər üçü T13 kateqoriyası)

1 sentyabr

Üzgüçülük (100 metr məsafəyə brass üsulu ilə üzmə)

05:40 Dana Şandıbina (S13)

06:03 Vəli İsrafilov (S12)

Atletika (400 metr məsafəyə qaçış)

15:12 Elmir Cəbrayılov (T13)

2 sentyabr

Güllə atıcılığı (25 metr məsafəyə atma)

03:45 Yelena Taranova (P3)

Taekvondo

05:00 Röyalə Fətəliyeva (-49 kq)

05:15 İmaməddin Xəlilov (-61 kq)

Atletika (nizə atma)

14:00 Orxan Qasımov (F13)

Atletika (400 metr məsafəyə qaçış)

16:17 Yuliya Yanovskaya, Lamiyə Vəliyeva (hər ikisi T13)

3 sentyabr

Taekvondo

05:15 Əbülfəz Abuzərli (-75 kq)

Üzgüçülük (100 metr məsafəyə baterflay üsulu ilə üzmə)

05:19 Roman Saley, Vəli İsrafilov (hər ikisi S12 kateqoriyası)

Atletika (nüvə itələmə)

14:08 Samir Nəbiyev (F57)

4 sentyabr

Güllə atıcılığı (50 metr məsafəyə atma)

04:30 Yelena Taranova, Kamran Zeynalov

Taekvondo

05:00 Aynur Məmmədova (+58 kq)

Atletika (uzunluğa tullanma)

05:02 Orxan Aslanov (T13)

Qeyd edək ki, son Paralimpiya Oyunlarının qalibi olmuş paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğundan, avqustun 28-də mübarizə apara bilməyəcək. O, karantinə alınıb. Karantin müddəti başa çatdıqdan sonra 40 yaşlı Qasımov vətənə geri qayıdacaq.