Dəyişikliyə əsasən bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən(ƏDV) azad edilməsi nəzərdə tutulur. Belə ki, dəyişikliyə görə damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışının ƏDV-dən azad olunması təklif edilir.
Kənd təsərrüfatı heyvanlarının və quşlarının profilkatikası ,diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışına da bu vergi güzəşəti nəzərdə tutulur.
İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Dəyişikliyə əsasən həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. Hər 100 kv. metr üçün 10 manat müəyyən edilir.
Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.(Modern.az)
İnterpress.az