“Vətən sağ olsun” – Şəhid atasıbackend

“Vətən sağ olsun” – Şəhid atası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə yüksəklik və kəndlər ermənilərdən azad edildi. Ermənilər Qarabağ savaşında bu yana görmədiyi müharibəni daddı məhz, bizim igid oğullarımızın hünəri nəticəsində. O, igid oğullarımızdan biri də Cəlilabad rayon Məlikqasımlə kənd sakini şəhid əsgər Nəsirov Röyal İmran oğludur. Şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində kəndində anadan olmuş, 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır.

Biz də şəhidin ailəsi ilə görüşmək üçün Məlikqasımlı kəndinə yola düşdük.

Bir neçə kəndi keçdikdən sonra şəhidin evini soruşduq, sakinlər bildirdi ki, bayraq asılan ev elə şəhid Röyal Nəsirovgilin evidir. Həyətə daxil olduruq bizi şəhidin atası İmran Nəsirov və bir neçə yaxınları qarşılayır. İlk olaraq elə şəhidin atası ilə söhbətə başlayırıq:

Vətən sağ olsun…

“Üç oğlum var, onlardan Röyal mənim ortancıl oğlum idi. Doqquz ay idi ki, Tərtər rayon Qapanlı kəndində xidmət edirdi. Aprelin 3 – də məzuniyyətə gələcəkdi, amma 9 – aprel cənazəsini gətirdilər. Röyal pulemyotçu idi. Hadisə 3 – ü axşam olub. Ermənilərlə atışma zamanı Röyalın əsgər yoldaşlarından ikisi yaralanıb. Röyal da çiynindən yüngül yaralanıb. Buna baxmayaraq o, iki yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararaq öz əsgərlərimizə təhvil verib. Bizə bildirilən məlumata görə Röyal on dörd erməni hərbiçisini məhv edib. Və sonra yenidən irəli atılıb. Səngərdən çıxıb irəli gedərkən stayperlə başından vurublar.

Vətən sağ olsun. Mən fəxr eləyirəm ki, mənim oğlum vətəni uğurunda borcun yerinə yetirdi. Xalqımızın, prezidentimizin və hamımızın başı sağ olsun. Sağ qalanlara can sağlığı arzulayıram. O, gün olsun ki, bayrağımızı Qarabağda sancaq. Şəhid analarına səbr diləyirəm.”

Şəhidin kiçik qardaşı Toğrulun 17 – yaşı var. Onuncu sinifdə oxuyur. O, da qardaşı Röyal haqda öz xatirələrini danışır:

“Uşaqlıqdan idmanla məşğul idi. İdmanın taykevando növü ilə bir neçə il məşğul oldu. Sonra futbol oynamağa başladı.

Gözləri dolur və artıq danışa bilmir. Birlikdə elə şəhidinn evindən bir az aralıda olan qəbristanlıqdakı məzarına gedərək şəhid əsgərin qəbrini ziyarət edirik. Şəhidin babası Fərhad Nəsirov şəhidin qəbri üstündə özünü saxlaya bilməyərək ağlayır:

“Bunları mən saxlamışam. Röyal mənim ikinci nəvəm idi, ona görə mənə çox təsir edir.” (Ağlayır).

Qəbir üstündən geri qayıdıb şəhidin ata evinə gəlirik və şəhidin ailəsinə baş sağlığı verib oradan ayrılırıq.

“Vətən sağ olsun” – Şəhid atası

“Vətən sağ olsun” – Şəhid atası

“Vətən sağ olsun” – Şəhid atası

“Vətən sağ olsun” – Şəhid atası