Bu gecə Moskvanın mərkəzində Azərbaycanın Rusiyadakı səfirinin müşaviri, konsulluq şöbəsinin rəhbəri Emil Məhərrəmov döyülüb. Hazırda Məhərrəmov Moskva xəstəxanalarından birindədir. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.
Hadisə Moskvanın Konyuşkov küçəsində baş verib. İnsidentin təfərrüatları məlum deyil. Hazırda faktın təhqiqatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun nəzarətindədir. Zərərçəkmiş artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
Hələlik Məhərrəmovun taksi sürücüsü ilə münaqişə etdiyi bildirilir. Sürücü dağıstanlı olub.
Rusiya KİV-nin məlumatına əsasən, konsulun döyülməsində iştirak edən sürücü saxlanılıb. Bu 31 yaşlı Haybulla Hacıyevdir.
Məhərrəmov baş və bədən nahiyələrindən çoxsaylı zərbələrlə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb, qaşı və dodağı partlayıb.
Hazırda insidentin səbəbləri aydınlaşdırılır. (sputnik)
İnterpress.az