Ermənilərin atəşə tutduğu ərazidə 137 mərmi zərərsizləşdirilibbackend

Ermənilərin atəşə tutduğu ərazidə 137 mərmi zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ANAMA-dan daxil olan hesabatda deyilir.
Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında xeyli partlamamış hərbi sursatlar (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Belə ki, Tərtər rayonu Qaradağlı kəndində 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 16 000 kv.m. ərazi yoxlanılıb.

Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 8 000 kv.m. ərazi yoxlanılıb. Burada cəmi 6 ev və həyətyanı sahə, 18 partlayış yeri və 24 000 kv.m. ərazi yoxlanılıb.

Goranboy rayonu Qaxdud kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 2 partlamış sursat aşkar edilib və nəticə etibarlilə 210 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu Horadiz şəhərində şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 1 735 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu Evoglu kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 000 kv.m ərazi yoxlanılıb. Agentlik tərəfindən 8 ev, 35 partlayış yeri, 2 əkin sahəsi və 28 945 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, ANAMA tərəfindən 7-18 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 278 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keşirilib, 137 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir. (modern.az)

İnterpress.az