Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaqbackend

Sabah Azərbaycanla-İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 20-də keçiriləcək təməlqoyma mərasimindən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək.
Görüşdə komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və iki ölkənin digər rəsmi şəxsləri iştirak edəcək.

Toplantıda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək. (report.az)

İnterpress.az