Samid və komandiri polkovnik-leytenant Murad Mirzəyevin (şəhid olub) başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısının almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, 100-ə yaxın erməni əsgəri məhv edilib.
Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yaralanıb. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi üçün qəti göstəriş verib.
Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq tez zamanda yenidən ora qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Buna baxmayaraq cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün özü də ordan uzaqlaşıb. Bir kolluqda maskalanıb, aldığı yaralardan qan itirdiyinə görə şəhid olub.
Samid İmanov, 2004-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandirinin müavini , Qrup komandiri , Bölük komandiri , Dəstə komandiri və Hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib. Xidməti müddəti ərzində Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən 6 medalla təltif edilib. 2016-cı il Aprel ayında Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəli idi, iki övladı var.
Allah rəhmət etsin.
İnterpress.az