Telefonda “İnşallah” dedi, polis təyyarədən düşürdübackend

Telefonda “İnşallah” dedi, polis təyyarədən düşürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Los-Ancelesdən Kaliforniyaya uçan sərnişin təyyarəsində baş verib.

Məlumata görə, ABŞ-da BMT-nin baş katibi Pan Gi Munun iştirak etdiyi ziyafətə qatılan Berkley Universitetinin siyasət elmi fakültəsinin tələbəsi, iraqlı Xeyrəddin Xalid təyyarədə olarkən telefonla politoloq əmisi ilə danışıb və görüş barədə təssüratlarını bölüşüb.

Bu zaman gənc oğlan “İnşallah” kəliməsi işlədib və onun terrorçu olduğunu düşünən sərnişinlərdən biri “Bu adam şəhadət gətirdi. Təhlükəli ola bilər”- deyə stüardessalara məlumat verib. Bundan sonra, Xeyrəddin Xalid dərhal təyyarədən düşürülüb və 9 saat FBİ tərəfindən sorğu-sual edilib. Sonda tələbənin əmisi ilə danışan polislər ona inanıb və üzr istəyiblər. (qafqazinfo)

İnterpress.az