“Bu il ümumtəhsil müəssisələrində dərslər iyun ayının 14-də bitəcək”. Bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, Cəsarət Valehov deyib. O, bildirib ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı var. Odur ki, bu il dərslər iyun ayının 14-də başa çatacaq.
Həmin vaxt məktəblərdə “Son zəng” də çalınacaq.(modern.az)
İnterpress.az