Bu haqda onların vəkili Elçin Sadıqov xəbər verib:
\”Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar\”, deyə vəkil bildirib.
Yunuslara Allahdan şəfa diləyən vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.
İnterpress.az