TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq \”Namizədin imtahana buraxılış vərəqəsi\”ni çap edə bilərlər.
Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əslini;
– “İmtahana buraxılış vərəqəsi\”ni.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə – müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.