BBC-nin verdiyi xəbərə görə, Cenevrə-London marşrutu ilə uçan, “British Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Londondakı “Heatrow” hava limanına enərkən havada drona dəyib. Hadisə aprelin 17-də yerli vaxtla saat 12.50-də baş verib.
Təyyarə drona dəydikdən sonra silkələnsə də, normal eniş edə bilib. Polis hava limanı ərazisində dronu uçuran şəxsləri yaxalamaq üçün araşdırma aparır.
İnterpress.az