​İcra başçısı nişanlı qızı tapmaq üçün su kanalının qarşısını kəsdirib – FOTObackend

​İcra başçısı nişanlı qızı tapmaq üçün su kanalının qarşısını kəsdirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Ramazan Əliyev adına Barlı kənd orta məktəbinin 9-cu sinif şagiridi Güldanə Vaqif qızı Tağıyeva aprelin 19-da günorta saatlarında məktəbdən çıxıb və evə qayıtmayıb. Məktəbli qızın valideynləri onu bir neçə saat axtarsalar da, tapa bilməyiblər və sonra Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.
Quba RPŞ-nin əməkdaşları G.Tağıyevanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirib. Lakin G.Tağıyevanı hələ də tapmaq mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub olub ki, sakinlər G.Tağıyevanı sonuncu dəfə Samur-Abşeron su kanalının yaxınlığında görüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu Samur-Abşeron kanalında axtarışlara başlayıb. Su kanalında axtarışlar nəticə vermədiyi üçün icra başçısı Y.Məmmədov kanalın suyunun kəsilməsi barədə göstəriş verib.
Qeyd edək ki, 15 yaşlı Güldanə Tağıyevanın nişanlı olduğu bildirilir.(Report)

İnterpress.az