Prosesə hakim Ramella Allahverdiya sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Mürsəl Quliyev 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 9 noyabr 2015-ci ildə Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikravtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb. Sürücü ilə sərnişin arasındakı mübahisə qansız ötüşməyib. Mürsəl Quliyev bıçaqla Şahin Əliyevi vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.
Məhkəmə dövründə zərərçəkən Şahin Əliyev ifadəsində təqsirləndiriləndən şikayətçi olmadığını, onun ünvanına söyüş söydüyünü bildirib.(Virtualaz.org)
İnterpress.az