Benzin və dizel avtomobillərə son qoyulurbackend

Benzin və dizel avtomobillərə son qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihə Niderland Senatı tərəfindən də qəbul olunarsa qüvvəyə minəcək. Layihənin parlamentdə yüksək səs çoxluğu ilə qəbul edilməsi ictimaiyyətdə qanunun Senat tərəfindən də təsdiqlənəcəyi gözləntisini yaradıb. Hollandiyada koalisiya tərəfdaşı Niderland Fəhlə Partiyasının karbon emissiyasını artıran benzin və dizel avtomobilləri tamamilə qadağan etməyi təklif etsə də, təklif kifayət qədər dəstək tapmadığı üçün sadəcə avtomobil satışının qadağan edilməsi ilə təsdiq olunub. Senat layihəni təsdiqləyərsə 2025-ci ildən əvvəl satın alınmış avtomobillər yola çıxa biləcək, ancaq yeni benzin və dizel avtomobillərin satışı olmayacaq. Benzin və dizel avtomobillərin 2025-ci ildən etibarən qadağan edilməsi təklifi ilk dəfə Norveçdə edilib. Norveçdə hazırlanan layihədə 2025-ci ilə qədər 1 milyard avro sərmayə qoyularaq velosiped yollarının genişləndirilməsi və elektrikli avtomobillər üçün doldurma stansiyalarının genişləndirilməsi nəzərdə tutulur. (marja.az)\\

İnterpress.az