Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Ancaq vəkil BMCMİ və prokrorluğun prosesə gəlmədiyini qeyd edib.
Vəkil bildirib ki, Meydan.TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2.(qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparıldığından Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov şikayəti baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərdi:
\”Hakim qərarını belə əsaslandırdı ki, hərəkətlərin kim tərəfindən edilməsindən asılı olmayaraq cinayət işinin istintaqını AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi apardığından və həmin idarə Nəsimi rayon Məhkəməsi ərazisində yerləşdiyindən Şirin Abbasovun şikayətinə Nəsimi rayon Məhkəməsində baxılmalıdır.
Vəkil Şirin Abbasovun şikayətinə Nəsimi rayon Məhkəməsində baxılacağını bildirib.(modern.az)
İnterpress.az