Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universiteti birləşdirilir – Keçmiş nazirdən DƏSTƏKbackend

Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universiteti birləşdirilir – Keçmiş nazirdən DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəaliyyəti və təyinatı baxımından biri-birinə yaxın qurumların birləşdirilməsi demək olar ki, bütün sahələri əhatə edir.

Azərbaycan Müəllimlər İnstitutunun müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinə birləşdirilməsi bu istiqamətdə atılan addımların başlanğıcı idi.
Bunun davamı kimi yaxın zamanlarda Bakı Slvayan və Azərbaycan Dillər universitetləri birləşdiriləcək.

Keçmiş təhsil naziri Firudun Cəlilov açıqlamasında bildirib ki, siyasi baxımından həmin universitetlərin birləşdirilməsi məqsədə uyğun deyil.

Təhsil eksperti bunu ermənilərin əleyhinə işləyəcək vacib fakt kimi dəyərləndirib.

“Bu gün Ermənistanda rus məktəbi yoxdur, bizdə hətta rus-Bakı Slavyan Universiteti də var. Siyasi baxımdan manevr etmək üçün bu, lazımdır.

Amma gələcəkdə bunlar birləşməli və bir universitet olmalıdır. Birmənalı olaraq bu fikri dəstəkləyirəm. Çünki bizdə balaca-balaca və heç bir əhəmiyyəti olmayan bir neçə universiteti birləşdirmək lazımdır”.(Modern.az)

İnterpress.az