Qubad İbadoğlu ittihamlara cavab verdibackend

Qubad İbadoğlu ittihamlara cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlunun region səfərlərindən birində mərhum dövlət başçısı Heydər Əliyevin portreti olan otaqda tədbir keçirməsi müxalif düşərgədə birmənalı qarşılanmayıb.

Müxalifət cameəsinin təmsilçilərindən olan Q.İbadoğlunun başı üstündə qarşı düşərgənin liderinin şəklinin asılması sosial şəbəkədə ciddi müzakirə edilməkdədir. Q.İbadoğlu özü isə musavat.com-a açıqlamasında bildirib ki, o, bu situasiyada heç bir problem görmür: “Cəlilabadda görüş zamanı bir hüquqşünasın ofisində toplaşmışdıq. Həmin otaqda da Heydər Əliyevin portreti asılmışdı. Ən önəmlisi bizim təşkilatımızın fəaliyyət planını vətəndaşlara çatdırmağımızdır. Yəni bizim üçün ən önəmlisi təbii ki, hərəkatımızın fəaliyyət planını, eyni zamanda gələcək fəaliyyəti üzvlərlə müzakirə etmək idi. Ofis sahibi də buna şərait yaratdı. Sosial şəbəkədəki müzakirələrdə bir qrup şəxslər buna etiraz bildirdilər.

Bunu anormal hesab edirəm. Çünki indiki halda Azərbaycanda çox şey Heydər Əliyevin adınadır, o cümlədən maşın sürdüyümüz yollar, gəzdiyimiz parklar, xaricə səfər etdiyimiz hava limanı və digər obyektlər. Onların məntiqi ilə yanaşsaq, gərək biz aeroportdan da istifadə etməyək. Məndə elə bir kompleks yoxdur. Mən ADR Hərəkatının fəaliyyət proqramı və hesabat strategiyası çərçivəsində regionlarda görüşlərimi davam etdirirəm.

Hətta bu zaman da nə önəmlisi bu görüşlər üçün daha rahat şəraitin yaranmasıdır. Bu şərait hansı məkanda olacaqsa, əsas odur ki, təhlükəsiz olsun. İştirak edən insanlar üçün narahatçılıq yaranmasın. Kiminsə şəklinin otaqda olması o demək deyil ki, onun ideologiyası burada müzakirə olunur. Bizim öz proqramımız və öz ideologiyamız var. Biz onu müzakirə etmək üçün regionlarda müəyyən çətinliklərlə üzləşirik. Çünki regionda toplaşmaq azadlığı Bakı ilə müqayisədə daha az təmin olunub. Məhdudiyyətlər var. Bu məhdudiyyətlər çərçivəsində də fəaliyyətimizi davam etdiririk. Bu baxımdan da düşünürəm ki, sosial şəbəkədə yazılanlar həm qərəzlidir, həm məqsədlidir, həm də məntiqsizdir. Onun əsasında fəaliyyətimizdə hansısa dəyişiklik etmək niyyətində deyilik”. (musavat.com)

İnterpress.az