Ermənistan KİV-nin verdiyi xəbərə görə, həmin hərbçi Ermənistan ordusunun 23 yaşlı kapitanı Arqişti Qaboyandır.
Arqişti Qaboyan Talış kəndi istiqamətində gedən döyüşlərdə öldürülüb.
Onun cəsədi Ermənistanın Şirak vilayətində anadan olduğu kəndə aparılıb. Kənd bələdiyyəsinin sədri Styopa Çobanyan deyib ki, Arqistin meyitini anası tanıyıb.
Arqişti Qaboyanın meyiti aprelin 20-də Qırmızı Xaç Komitəsinin və ATƏT sədrinin şəxsi köməkçisinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
İnterpress.az