RYTN ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Anlaşma Memorandumu təsdiq edilibbackend

RYTN ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Anlaşma Memorandumu təsdiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmanda deyilir:

\”Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yüksək texnologiyalar ekosistemi sahəsində əməkdaşlıq haqqında 2016-cı il martın 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin\”.(Trend.az)

İnterpress.az