Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlayan, habelə 2 mənzildən oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.
Faktla bağlı araşdırma aparılır.(Report)
İnterpress.az