Bakıda ana iki körpə uşaqla küçələrdə yaşayırbackend

Bakıda ana iki körpə uşaqla küçələrdə yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət “Təmiz Dünya” İctimai Birliyinə məxsus sığınacaqda yaşayan qadının sözlərinə görə, uşağının başına bit düşdüyündən onu sığınacaqdan çıxarıblar.

“Sığınacaqdan çıxanda birinci uşağım Allahverdi 6 aylıq idi. Hazırda iki yaşı var. Elə o vaxtdan küçələrdəyik. Balaca Hüseynin isə 1 yaşı təzə olub. İndi Sabunçu vağzalında yaşayırıq. Buna yaşamaq demək olarsa. Dilənirəm, kimin yazığı gəlir, qəpik-quruş verir. Gündəlik yeməyə quru çörəyimizi tapsaq sevinirik. Evimiz-eşiyimiz yoxdur, vaqonda yaşayırıq”.

7 nömrəli internatı bitirdiyini deyən Zəhranın sözlərinə görə, əri oğurluq üstündə həbs olunduğundan kömək edəcək kimsəsi yoxdur.

Bakıda ana iki körpə uşaqla küçələrdə yaşayır

Ailənin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta yaşadığı yerdə paltar yumağa su, sabun belə tapa bilmir:

“Çox ağır vəziyyətdə dolanırıq. Olur ki, günlərlə yeməyə ancaq yavan çörəyimiz və suyumuz olur. Hətta kiminsə verdiyi paltarı da bir neçə ay geyinib sonra tullayıram. Çünki yumağa nə su var, nə də sabun”, – deyə Zəhra bildirib. (virtualaz.org)

İnterpress.az