“Prezidentə müraciətimi oxumadan əks tərəfə yozurlar” – AÇIQLAMAbackend

“Prezidentə müraciətimi oxumadan əks tərəfə yozurlar” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq orqanı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.

Məsələ ilə bağlı Əkrəm Əylisli açıqlama verib. Yazıçı bildirib ki, onun barəsində açılan cinayət işinin başqa maddəyə dəyişdirilməsi prezidentə müraciətindən sonra olub.

“Mənim həbsimin gündəmə gəlməsi prezidentə müraciətimdən sonra oldu. Söhbət ondan gedir ki, təkcə yazıçının yox, hər bir Azərbaycan vətəndaşının haqqıdır ki, prezidentə, dövlət başçısına müraciət etsin”.

Əkrəm Əylisli deyib ki, bəziləri onun ölkə başçısına müraciətini təhrif edirlər.

“Mənə qarşı şər-böhtan üslubunda nə gəldi deyirlər. Onların çoxu mənim prezidentə müraciətimi oxumayıblar. Mən orda başqa şey deyirəm, bəziləri isə bunu tamam əks tərəfə yozurlar. Özlərindən gülünc nəticə çıxardırlar”.(modern.az)

İnterpress.az