Müxtəlif fikirlər səsləndirilir, xüsusilə də qeyd olunur ki, ƏDV ləğv olunsa məhsulların satış qiymətində cidi ucuzlaşma yaranar. İqtisadçı ekpert Fikrət Yusifovun fikrincə isə, hər hansı bir məhsul növünə ƏDV üzrə güzəştlərin tətbiqi təklif olunursa, buna \”belə olarsa qiymətlər ucuzlaşacaq\” kimi sadə bir formula ilə baxmaq düzgün deyil: “Əgər hansısa məhsulların qiymətləri yüksəkdirsə, ilk növbədə, bunun səbəbləri dərindən araşdırılmalıdır. Təcrübədə belə araşdırmalardan sonra qiymətlərin yüksək olmasının əsil günahkarının elə təşəbbüsü qaldıranların özlərinin olduğu dəfələrlə sübut olunub. Ona görə də bu məsələyə, mağazalarda satılan məhsulların qiymətlərinin necə formalaşdığını obyektiv təhlil etdikdən sonra rəy vermək olar. Məhsulların qiymətlərinin formalaşmasında daha qabarıq şəkildə gözə dəyən ƏDV-ni görmək, hələ heç də məsələyə obyektiv yanaşma demək deyil. O məhsulların bir çoxu mağazaların piştaxtalarına birbaşa istehsalçıdan deyil, 2, 3 və bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq gəlib düşür. Hər vasitəçi isə məhsulun qiymətinə öz “xidmət haqqını” əlavə edəndən sonra, malın son qiyməti təbii ki, yüksək olur. Eyni qayda ilə məhsulun son qiymətinə neqativ məqamlar da az təsir etmir. Bax məsələnin kökünü bu istiqamətdə araşdırmaq lazımdır. Onda son qiymətə nəyin necə təsir etdiyi tam aydın olacaq. Əks halda, bütün xidmət və istehsal sahələrindən ƏDV-ni ləğv etməklə biz ölkənin büdcəsinə ciddi zərbə altında qoya bilərik.(AZADİNFORM)
İnterpress.az