Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən XƏBƏRDARLIQbackend

Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ə.Yaqut bildirib ki, 2016-cı il ümumiyyətlə güclü zəlzələlər ili olacaq, həmçinin güclü zəlzələnin baş verəcəyi yeri də proqnozlaşdırıb.Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də bu il zəlzələlərin sayının artacağını təsdiqləyib:

“Ötən il il boyu maqnitudası 6-dan yuxarı cəmi 15 zəlzələ qeydə alınmışdı. Yanvar ayından bu yana isə 6-7 çox güclü zəlzələlər olub. Üç ayın içində hələ beş zəlzələ baş verib. Və bu rəqəm aydın göstərir ki, 2016-cı ildə zəlzələlərin sayı çıxalacaq”.

Q. Yetirmişli ölkəmizdə də güclü zəlzələlərin ola biləcəyi ehtimalına da aydınlıq gətirib:

“Hələ ki, rejim müşahidələri aparırırq, gündəlik analizlər edirik. Yaxın günlər üçün ölkəmizdə katastrofik zəlzələlər gözlənilmir. Düzdür, yeraltı təkanlar hər gün qeydə alınır və olmalıdır da. Ancaq Rixter cədvəli üzrə maqnitudası 6-dan yuxarı olan zəlzələ gözlənilmir”.(Moderator.az )

Azərbaycanda güclü zəlzələ gözlənilirmi? - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ

İnterpress.az