Qatil Norveç hökumətini məhkəmədə uddu-VİDEObackend

Qatil Norveç hökumətini məhkəmədə uddu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

77 nəfər günahsız insan Ander Breyvikin qurbanına çevrilmişdi. Məhkəmə qərarı ilə qatilə 21 il həbs cəzası verilmişdi. Ancaq qatil cəzasını çəkmək üçün göndərildiyi Oslonun cənubunda yerləşən Skien həbsxanasındakı şəraitdən narazı qalıb. O, həbsxanada birnəfərlik kamerada saxlanılmasının Avropa İnsan Hüquqları Qətnaməsinin III və VIII maddələrinə zidd olduğunu irəli sürərək Norveç dövlətini məhkəməyə verib.

Dövləti müdafiə edən vəkillər çox təhlükəli olduğu üçün Breyvikə verilən cəzanın normal olduğunu və həbsxanadakı şəraitin də yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, 3 otaqlı birnəfərlik kamerada qalan Breyvik idman alətlərindən, oyun konsulundan, yazı makinasından istifadə edə bilir. O həmçinin televizora baxmaq, DVD-dən istifadə etmək, kitab və qəzet oxumaq imkanlarına sahibdir.

Dünən keçirilən məhkəmədə hakim Helen Andenes Sekulic Avropa İnsan Hüquqları Qətnaməsinin III maddəsinə (heç kim işgəncəyə, insanlığa sığmayan davranışlara və təhqiramiz rəftarlara layiq deyil) əsasən Breyvikin 5 ildir birnəfərlik kamerada saxlanılmasını onun hüquqlarının pozulması kimi dəyərləndirib.
Məhkəmənin yekun qərarına görə, Breyvikin həbsxana .şəraitinə yenidən baxılmalıdır. Bundan əlavə, Norveç hökuməti Breyvikə məhkəmə xərcləri üçün 331 min norveç kronu ödəməlidir.(zaman.az)

İnterpress.azhttps://youtube.com/watch?v=JEhz5mq0eoY