25 yaşlı gənci öldürən qatil intihar etdibackend

25 yaşlı gənci öldürən qatil intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Alıməmmədli kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev kənd ərazisində olan əkin sahəsində ağacdan asıb. Onun asılmış meyitini əkin sahəsinə gələn sakinlər aşkarlayıb. Qeyd edək ki, Rəşad Rzayev bu ilin aprelin 13-də Gəncə şəhərində qətl törətdiyi üçün axtarışda olub. Həmin gün şəhər sakinləri 25 yaşlı Tural Kərimov qətlə yetirilib, Natiq Süleymanov isə bıçaq xəsarəti alıb. Aprelin 15-də cinayətin iştirakçılarından biri olan Mehman Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindən həbs edilib. Rəşad Rzayev isə cinayətin iştirakçısı olduğu müəyyən edilsə də, onun tutulması mümkün olmamışdı.(Teleqraf.com)

İnterpress.az