“ATLANTA MTK”-DƏN EV ALMAYIN -PREZİDENTƏ ŞİKAYƏT- VİDEObackend

“ATLANTA MTK”-DƏN EV ALMAYIN -PREZİDENTƏ ŞİKAYƏT- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonundan olan qaçqın ailəsi acınacaqlı həyat yaşayır. 1996-cı ildən etibarən \”Yeni Günəşli\” qəsəbəsinin \”a1\” massivində məskunlaşan bu üç ailə \”Atlant\” MTK-nın qurbanına çevrilib. PUL GÜCÜNƏ AT OYNADAN \”ATLANTA MTK\”. Ailə bildirir ki, 6 aya yaxındır ki, evin 4 bir yanını bir neçə metr qazıblar, məktəbə gedən uşaqlar taxta körpü ilə məktəbə gedir. Evin 10 metrliyində qurulan ağırlıq qaldıran kran isə ailənin yuxularını ərşə çəkir. Ailə üzvü Məfkurə Əliyeva deyir ki, \”bütün aidiyyatı orqana müraciət etmişik. Suraxanı rayon Məhkəməsində \”Atlanta\” MTK-nın xeyirinə qərar çıxarıldı.

Apellyasiya şikayətində də məsələ onların xeyrinə qurtardı. Bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Əhmədova məktub göndərmişik. Fövqəladi Hallar Nazirliyinə də həmçinin. 20 gün əvvəl nazirlik işçiləri evə baxış keçirdi. Hələ bildirdi ki, burada qəzadan söz gedə bilməz. Söz deyəndə üstümüzə qışqırırdı. Evin üstünə qırılıb düşən daşlar nəticəsində qayınanam qorxudan insult keçirdi.Bəs biz dərdimizi kimə deyək.
25 min dollar pul təklif ediblər. Bu pula 3 ailə, 13 nəfərlik bir ailə nə edə bilər? Prezident Aparatına da vəziyyəti bildirmişik. Qazımızı, işığımızı kəsirlər. Özümüz rezin şlanqlarla qaz çəkmişik. Uşaqlar soyuqdan donur.

Bir yol qalıb ki, başqa ölkədən sığınacaq alaq. Bizim ölkə qaçqınlarına sahib çıxmır.\” Hava küləkli olduğundan evin divarları əsirdi, yanındakı kran isə material qaldırarkən insan lap ölümün bir addımığında olduğunu hiss edir. Ümid isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müsbət qərarıdır. Çəkilişdən sonra \”Atlanta\” MTK-ya üz tutduq.
Burada nəzarətçi bizi görən kimi yaxınlaşdı, idarə heyyətindən heç kimin olmadığı deyildi. Divarda yazılan telefon nömrəsinə \”fəhlə lazımdırmı?\” müraciəti ilə zəng etdik.

Telefonu açan \”Atlant MTK\”nın məsul işçisi bildirdi ki, oradadır və bizi gözləyir. Ancaq məsələdən xəbərdar olan nəzarətçi and-aman etdi ki, heç kəs yoxdur. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin müdiri Elçin Qədimovla əlaqə saxladıq. Elçin bəy bildirdi ki, bu məsələ ilə bağlı bizə deyil, icra hakimiyyətinə müraciət edilməlidir. Müxbirimiz \”bu ailəyə ev verilməsi ehtimalı varmı?\” sualına cavab olaraq bildirildi ki, yeni evlərin verilməsinə 2016-cı ildən etibarən start verəcək.
Yəni, Füzuli qaçqın ailəsinin ümidi Allaha qalıb. (liderinfo)

İnterpress.az