Səfirlərimizin yalnız 30 faizi insani və əqidə prinsiplərinə uyğun insanlardıbackend

Səfirlərimizin yalnız 30 faizi insani və əqidə prinsiplərinə uyğun insanlardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədov açıqlamasında bildirdi ki, səfir təyin olunan şəxslərin 40 faizi qohumluq prinsiplərinə əsasən həyata keçirilir:

“Səfirlərimizin təxminən 30 faizi yüksək peşakarlıq, insani və əqidə prinsiplərinə uyğun insanlardı və ilk növbədə bu prinsiplərə uyğun olaraq fəaliyyətlərini icra edirlər. Bu səfirlərdən işçilər də cox razı qalır və təcrübə qazanırlar. 40 faizi kiminsə yaxın qohum-əqrabasıdır. Qalan 30% pul ya əmlak verib vəzifəyə təyin olunublar. Əsas beynəlxalq təşkilatlar yanlarında işləyən səfirlər çox savadlı diplomatlardı.

Səfirlərimizin yalnız 30 faizi insani və əqidə prinsiplərinə uyğun insanlardı

Diplomatlar işlədikləri ölkələrdə bir çox şeyləri, o cümlədən siqaret, spirtli içkiləri, yanacağı rüsumsuz ala bilirlər. Aparıcı Avropa ölkələrində bu cür güzəştlərdən süni istifadə etmək qeyri – mümkündür. Diqər ölkələrdə isə ola bilsin ki, bu cur işlər edilə bilər. Amma bizim səfirlərin qazancı yalnız normal həyat tərzinə kifayət edir. Əsas məsələ sistemin düzgün qurulmasıdır.”(Moderator.az)

İnterpress.az