Hadisə nəticəsində azı iki nəfər ölüb.
Meriyanın nümayəndəsi Pedru Paulu Karvalyu bildirib ki, hələlik iki nəfərin öldüyü barədə məlumat var. Bundan başqa, daha bir nəfərin dənizə düşdüyü ehtimal olunur və onun axtarışları aparılır.
İnsident velosiped zolağını saxlayan qurğuya dalğanın çırpılmasından sonra baş verib. Şahidlər bildiriblər ki, bir neçə nəfər dəniz sahilində qayalığa düşüb və su onları aparıb. Xilasedicilər üç nəfəri dağıntılar altından yaralı vəziyyətdə çıxarıblar.
“Tim Mayya” velosiped zolağı yanvarın ortalarında açılıb və Olimpiada üçün tikilmiş obyektlərdn biridir. Velosiped zolağının uzunluğu 4 kilometrə yaxındır. Tikinti işlərinə 12,0 milyon dollar xərclənib. ( musavat.com )
İnterpress.az