“Akif Nağı mənə xox gəlməsin” – Deputat QAT sədrini hədələdibackend

“Akif Nağı mənə xox gəlməsin” – Deputat QAT sədrini hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QAT sədrinin “Araz Əlizadənin alnının ortasından bir yumruq vuracam, şok keçirəcək” fikirlərinə deputat kəskin reaksiya verib.

Araz Əlizadə açıqlamasında bildirib ki, Akif Nağı ona xox gəlməsin.

“İstərdim ki, QAT üzvlərindən Serj Sarkisyan, Robert Koçaryan və digərləri qorxsunlar. Akif Nağı mənim alnıma yumruq vurmaq üçün gərək hoppanıb vursun. Boyu çox balacadır. Vaxtilə idmançı olmuşam. Amma bunların hamısı geridə qalıb. Artıq 65 yaşım var. Heç kəslə idman yarışına girmək fikrim yoxdur. Amma özümü qoruya bilərəm. Mənə hücum edənə lazımlı cavab verə bilərəm. Əgər Akif Nağı doğrudan da QAT-ın rəhbəri olsaydı, o, Bakıda şüşə qırmaqla məşğul olmazdı. O şüşə qırmaqla məşğul olanda, yadıma Çarlz Çaplinin “Malış” filmi düşür. Qarabağlılara dərin hörmətim var. Bir zamanlar əldə silah Qarabağda necə döyüşüblər. Amma onların arasında Akif Nağını görməmişəm. Akif Nağı əlində silah heç vaxt mübarizə aparmayıb”.

Deputat “QAT-a gədə-güdələr yığılıb” fikrinə bir daha haqq qazandırıb.

“O, Müsavatın divanında oturub özü üçün hərdən yatırdı. Birdən buna tapşırıq verdilər ki, QAT-a rəhbərlik elə. Ürəyi Qarabağla olan qarabağlıları topla bura. İlk vaxtlarda buna nail olmuşdu. Lakin sonradan yavaş-yavaş Qarabağı sevənlər onun ətrafından getdilər. Yanında o-bu qaldı. Ona görə də QAT-da gədə-güdələrin qalması məsələsində haqlıyam. İndi QAT-da bir aldanmışlar, bir də gədə-güdələr qalıb”.

Araz Əlizadə haqqında deyilənlərə görə Akif Nağını məhkəməyə vermək haqqında düşünmədiyini də bildirib.

“O, çoxdan unudulan biridir. Onu məhkəməyə versəm, təzədən onun şöhrəti qalxacaq, haqqında yazmağa başlayacaqlar. Buna isə ehtiyac yoxdur”.

Deputat Daşnaksütyun Partiyası nümayəndələrinin Bakıya dəvət edilməsi fikrinə də toxunub.

\”Akif Nağını ağıldan bir az kəm sayırdım, amma gic saymırdım. Onları mən dəvət etməmişəm. MDB məkanı, Cənubi Qafqaz regionu komitəsinin iclası olub. O iclas “Sosintern” tərəfindən keçirilib. Azərbaycan Sosial Demokrat Partiyası belə tədbir keçirə bilməz. Keçirilməsi üçün cənab prezidentdən icazə alınıb. Qonaqları da “Sosintern” dəvət edib. Erməni nümayəndələrinin qarşılanması, yola salınması da dövlət nümayəndələri tərəfindən olub.(modern)

İnterpress.az