Deputat uşaq düşərgələrindən danışdıbackend

Deputat uşaq düşərgələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pioner düşərgələri şagirdlərin əlavə bacarıqlarının üzə çıxarılması baxımından da əhəmiyyətli idi. Lakin müstəqillikdən sonra pioner düşərgələri ləğv edildi və şagirdlərin istirahəti, məktəbdənkənar fəaliyyəti də artıq arxa plana keçdi.

Lakin bu istiqmaətdə artıq işlər görülməkdədir. Belə ki, təhsil naziri Mikayıl Cabbarov müsahibələrinin birində qeyd edib ki, sinifdənxaric tərbiyə, təbii ki, çox vacibdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı bildirib ki, pioner düşərgələri olmasa da, ölkədə başqa formada istirahət düşərgələri var.

“Son vaxtlar Təhsil Nazirliyi, Həmkarlar Konfederasiyası tərəfindən bu istiqmaətdə işlər aparılır. Sadəcə onun forması, məzmunu dəyişib. Ancaq istirahət məkanları var. Son vaxtlar cənab prezidentin təşəbbüsü ilə “Ölkəmizə tanıyaq” şüarı altında gedən tədbirlər də buna xidmət edir. Bu layihə şagirdlərin istirahətinə, ölkəsini tanımağa, başqa rayonların, şəhərlərin ənənələrini görməsinə və əlavə məlumatlar öyrənməsinə xidmət edən layihədir”.

İnterpress.az