Hesabat ilində Cəmiyyətin gəlirləri 90,566 mln. manat, xərcləri 118,871 mln. manat təşkil edib. Bu da öz növbəsində 2014-cü illə müqayisədə müvafiq olaraq 12,6% və 10,1% çoxdur.
Bununla yanaşı, sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2% artaraq 43,005 mln. manata yüksəlib. Həmçinin, büdcədən subsidiyaların həcmi 5,47% artaraq 37,998 mln. manata çatıb.
Xərclərə gəldikdə, işçi heyəti üzrə xərclər 0,25% azalaraq 42,779 mln. manat, torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri 14,67% artaraq 46,272 mln. manat, qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri isə 56,1% artaraq 234,115 min manat təşkil edib.
Hesabata əsasən, Metropolitenin aktivləri illik müqayisədə 10,75% artaraq 2016-cı il yanvarın 1-nə 2 226,771 mln. manata çatıb. Bu müddətdə Cəmiyyətin ödənilmiş nizamnamə kapitalı 18,67% artaraq 2 373,141 mln. manata yüksəlib.(report.az)
İnterpress.az