Alimlər bildiriblər ki, bu gün barmaq izi və göz qişasının təsvirini saxtalaşdıran texnologiyalar mövcuddur.
Tədqiqatçılar bu problemin həllini beyinin müxtəlif qıcıqlandırıcılara qarşı verdiyi reaksiyalar nəticəsində əmələ gələn dalğalarda görüblər. Qeyd edək ki, əvvəlcə şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 97% təşkil etsə də, bu göstərici yüksək əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin edilməsi baxımından yetərli olmayıb.
Son yarım il ərzində Böyük Briyaniyanın Binqhempton Universitetinin alimi Sara Lazlonun 50 könüllü insan üzərində apardığı eksperimentlər nəticəsində sözügedən texnologiya təkmilləşdirilərək şəxsiyyətin təyin edilməsinin dəqiqliyi 100-ə çatdırılıb.
Bu elmi yenilik barəsində dünyanın bir çox məşhur elmi portallarında, həmçinin AMEA-nın rəsmi saytında məlumat verilib.
İnterpress.az