Bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov himnimizin mərsiyə adlandırılması ilə bağlı müsavat.com-a açıqlamasında bildirib. Qurumun katibi himnimizin bədbin olduğunu deyib:
“Vaxtaşırı bu söhbət qalxıb və heç bir nöqtəyə gəlib çıxılmayıb. Minor deyəndə ki, Slovakiyanın da himni minor tonallığındadır… Əgər mənim şəxsi mövqeyimi bilmək istəyirsinizsə, mən daha çox Üzeyir bəyin köhnə, SSR-in himnini xoşlayıram. İki il öncə indiki himnin orekstrovkasını dəyişdilər. Bizim bir bəstəkarımız bu işlə məşğul oldu. Xora görə tonallığı aşağı salındı. Nə qədər dəyişiklik edilsə də musiqi eyni olaraq qalacaq”.
Katib qeyd edib ki, əslində himnlər müsabiqə yolu ilə seçilməlidir:
“İlk öncə mətn müsahibəsi olmalıdır. Mətnlər seçilməlidir, sonra da o mətnlərə uyğun musiqi müsahibəsi olmalıdır. Himn belə yazılır. Mən başa düşürəm ki, Üzeyir bəy bizim dahi bəstəkarımızdır, klassik musiqimizin banisidir, Qara Qarayevi təkmilləşdirib və sairə. Amma vaxt gedir, hər zamanın öz hökmü var. İdeoloji tərəflərə qapılmasaq köhnə himn daha canlıdır, özünü sanki yığışdırırsan, musiqisi ilhamlandırıcıdır. Bu himnə baxanda indiki himnimiz bədbindir. Deyim ki, camaat arasında bu cür düşünənlər az deyil”.
Xatırladaq ki, ötən ay deputat Araz Əlizadə himnimizi mərsiyəyə bənzətmişdi: “Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.
Deputatın bu fikirləri ictimaiyyətdə ciddi etiraz doğursa da həmkarı, deputat Fazil Mustafa da onunla həmfikir olmuşdu. Fazil Mustafa himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar olduğu barədə fikirlər səsləndirmişdi. (musavat.com)
İnterpress.az
https://youtube.com/watch?v=jfKZpy43yzg